Tərtərdə minik avtomobili traktorla toqquşub - Ölən var


16:59     11 Noyabr 2019 traktor.jpg

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R.Əlizadənin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 532