Bakıda avtomobil gənc qadını vurub


21:32     11 Noyabr 2019 avtomobil%20qezasi%20(11).jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Quba sakini 1993-cü il təvəllüdlü Verdiyeva Səbinə Vüqar qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının 3 tərəfdən açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 391