Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi


09:22     12 Noyabr 2019 trend_mehriban_aliyeva_main_albom_180515_001.jpg


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.


Femida.az-ın məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”

Femida.az

Açar sözlər: #Mehriban_Əliyeva  

Oxunub: 405