Xameneinin məsləhətçisinin Bakıda həbsi tələb olundu


09:28     12 Noyabr 2019 19_11_12_1573536551.jpg


Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzi AMIA-nın partladılması ilə əlaqədar yüksək ranqlı İran məsləhətçisinin Azərbaycanda həbs edilməsi barədə Azərbaycana sorğu göndərib.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda bazar günü, noyabrın 10-da JTA məlumat yayıb.

Əli Əkbar Vilayəti 14-15 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Dünya dini liderlərinin ikinci sammitində iştirak etməlidir. Argentinalıların fikrincə, Vilayəti terror aktı baş verən zaman İranın xarici işlər naziri olub və bombardmanın təşkilində bir başa əli var.

Argentinanın xarici işlər naziri Azərbaycanın Buenos-Ayresdə olan səfirini çağırıb və Argentina hökumətinin Vilayətinin Bakıda olmasından dərin narahatlığını bildirib. O, Azərbaycandan bu şəxsin saxlanılması və təhvil verilməsi işində əməkdaşlıq etməyi xahiş edib.

Argentina müstəntiqləri beş keçmiş iran məmurunu, həmçinin eks-prezident Əkbər Haşemi Rəfsəncanini 1994-cü il 18 iyulda avtomobilin partladılmasını təşkil etməkdə günahlandırırlar.

Vaxtaşırı analoji sorğular digər ölkələrə də göndərilib, lakin nəticəsi uğursuz olub.

Femida.az

Açar sözlər: #Xamnei  

Oxunub: 490


Oxşar xəbərlər