Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb


10:17     12 Noyabr 2019 2019/11/ace705f7-c250-45a0-8879-1cc4571fddca_1573539536.jpg

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb.


Femida.az xəbər verir ki, buna paralimpiya çempionu Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı nail olub. O, mundialın 5-ci günündə F56 kateqoriyasında lövhə atma yarışında 41.58 metrlik nəticə göstərib. 4-cü yerə çıxan Musayev "Tokio-2020"yə lisenziya əldə edib.

Beləliklə, "Tokio-2020"yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 355