Tramp gülləkeçirməz şüşənin arxasından danışdı
11:25 12 Noyabr 2019
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Nyu-York şəhərində Veteranlar Günü münasibətilə keçirilən mərasimdə iştirak edib.
Femida.az xəbər verir ki, diqqət çəkən məqam isə onun güllə keçirməyən şüşə arxasından çıxış etməsi olub.
"Square Park"da keçirilən mərasimə həyat yoldaşı Melaniya Trampla qatılan prezident veteranlara müraciət edərək "Bu şəhər sizin varlığınızla fəxr edir. Bu millət sonsuza qədər sizə borcludur" deyib və 1990-cı ildən bəri veteranlara yardım göstərdiyini əlavə edib.
Trampın bu zamana qədər Nyu-Yorkda Veteranlar Günü münasibətilə keçirilən tədbirlərə qatılan ilk prezident olduğu qeyd olunub.
Oxunub: 431
Oxşar xəbərlər
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib
- Tramp qalib gəldiyini elan etdi
- Tramp ABŞ qoşunlarını Somalidən çıxarmağa hazırlaşır