Rusiyadan gələn şəxsdən beşbarmaq və bıçaq götürüldü


11:38     12 Noyabr 2019 2019/11/424edbb9-d5ad-4fb3-89e1-79bcd8580a36_1573544444.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.



Bu barədə Femida.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.

"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 420