İki sərnişin qatarı toqquşub, 16 ölü, 50 yaralı var (VİDEO)


11:44     12 Noyabr 2019 19_11_12_1573544722.jpg

Banqladeşdə iki qatar toqquşub.


Femida.az -ın "bdnews24" internet nəşrinə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, sərnişin qatarlarının üzbəüz toqquşması nəticəsində 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qəza noyabrın 12-də səhər Çittaqonq vilayətinin Brahambariya dairəsindəki dəmiryolu stansiyasına baş verib.


İlkin məlumata görə, qatarlardan birinin maşinisti qarşıdan şəhərlərarası sərnişin qatarının yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb, nəticədə toqquşma baş verib.

Qəza yerinə təcili yardım, polis və Banqladeşin dəmiryolu naziri gəlib.

Hadisənin araşdırılması ilə xüsusi istintaq qrupu məşğuldur.

Xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimalı var.


Açar sözlər:

Oxunub: 349