Azərbaycan aeroportlarında sərnişin axını REKORD HƏDDƏ ÇATDI


12:28     12 Noyabr 2019 2019/11/aero-1123_1573547366.jpg

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 mln. sərnişin təşkil edib ki, bu da son illərin rekord göstəricisidir.


Heydər Əliyev Beynəlxalq Aeroportdan Femida.az-a verilən məlumata görə, bunun 4 mln-dan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərmişdir, Gəncənin hava limanı isə – 127 min sərnişin ilə üçüncü olub.

Femida.az

Açar sözlər:

Oxunub: 356