Ali Məhkəmənin Kollegiya sədri: “Şikayətlərin bütün dəlilləri hərtərəfli araşdırılmalıdır”
12:31 12 Noyabr 2019
“Əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də, məhkəmələrdə araşdırılması ilə bağlıdır”.
Femida.az-ın məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev deyib. O bildirib ki, həm yuxarı seçki komissiyaları tərəfindən, həm də məhkəmələrdə şikayətə baxılarkən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir: “Bu məsələni ayrıca olaraq ona görə vurğulamaq istəyirəm ki, seçki hüququnun pozuntusu ilə bağlı olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən ölkəmizə qarşı çıxarılmış qərarların bir çoxunda məhz şikayətçinin bütün dəlillərinin və bununla bağlı zəruri sübutların araşdırılmaması pozuntu faktını müəyyən etməyə əsas vermişdi. Məhkəmənin ümumi mövqeyinə görə dövlətin azad və ədalətli seçkilər keçirməkdən ibarət olan pozitiv öhdəliyi tələb edir ki, şikayətlə bağlı sadəcə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında araşdırma aparılmamalı, həmçinin şikayətçinin dəlillərinin həqiqətə uyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdır”.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"