“Ölkəmizdə geniş struktur islahatları aparılır” - Oqtay Əsədov


12:34     12 Noyabr 2019 oqtay%20esd.jpg

Bu gün ölkəmizdə geniş struktur islahatları aparılır. Dövlət idarəçiliyinin yeni yanaşmaları tətbiq edilir.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. O bildirib ki, bu gün “Doing Business” hesabatında Azərbaycan dünyanın 20 islahatçı ölkəsi arasında yer alır:

“Biznesin başlanılmasına görə ölkəmiz dünyada 9-cu yeri tutub. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da gücləndirir".

O.Əsədovun sözlərinə görə, qeyri-neft sənayesi, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkədə valyuta ehtiyatı son bir ildə 9%-dən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizdən çoxu qeyri-neft sektoruna yönəlib. 9 ayda əhalinin gəlirləri 8,9% artıb, inflyasiya isə cəmi 2,6% təşkil edib.

Femida.az

Açar sözlər: #Oqtay_Əsədov  

Oxunub: 316