64 yaşlı kişi intihar etdi


01:43     21 Noyabr 2015 fon%20intihar.jpg

Salyan rayonunda intihar hadisəsi baş verib. 64 yaşlı kişi özünü asıb.


Salyan Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, rayonun Xələc kənd sakini, 1951-ci il təvəllüdlü Davud Tərlan oğlu Səlimov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış vəziyyətdə meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis və prokurorluq əməkdaşları ərazidə olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.

Özünü öldürən şəxs təqaüdçü olub.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 606