Nazirlikdən şirkətin iddialarına cavab
12:38 12 Noyabr 2019
“Bu günlərdə mətbuatda "AMV Consulting” şirkətinin Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsi ilə bağlı informasiyalar yayılmaqdadır. "AMV Consulting” şirkəti iddia edir ki, xidmət göstərdiyi vergi ödəyicilərinin bank hesabına əsassız olaraq sərəncam qoyulması və hesablardan pul silinməsi barədə Vergilər Nazirliyinə müraciət ünvanlayıb”.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Femida.az-a verilən məlumata görə, qeyd olunanlarla bağlı “AMV Consulting” şirkətinin müraciəti Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətlə araşdırılıb.
Belə ki, "AMV Consulting” şirkətinin nümayəndələri Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə dəvət olunub və vergi bəyannamələrində aşkarlanmış uyğunsuzluqlar barədə onlara ətraflı izahat verilib. Şirkətin nümayəndələrinə dəqiqləşdirilmiş hesabatın verilməsinin zəruriliyi, həmçinin vergi qanunvericiliyi pozulduğu təqdirdə yaranan məsuliyyət halları barədə xəbərdarlıq edilib.
“Şirkətin nümayəndələri vergi bəyannamələrində uyğunsuzluqlar olduğunu etiraf ediblər və ən qısa zamanda dəqiqləşdirilmiş hesabatın təqdim ediləcəyini bildiriblər. Vergilər Nazirliyi bildirir ki, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan aydın və şəffaf münasibətlərin qurulması vergi xidmətinin fəaliyyətində əsas prioritet olaraq müəyyən edilib. Başlıca yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini şəffaf prinsiplər üzərində qurmalıdır.
Bu səbəbdən Nazirlik tərfindən vergi ödəyicilərinin hüquq və qanunla müdafiə olunan mənafelərinin qorunmasına, eləcə də onların müraciətlərinə və şikayətlərinə ədalətli baxılmasına diqqətlə yanaşılır. Biz vergi ödəyicilərini dinləməyə, problemlərini həll etməyə, aşkar olunan hər-hansı çatışmazlıqları aradan qaldırmağa hazırıq.
Lakin vergi ödəyiciləri də qanunlar çərçivəsində işləməli olduqlarını bilməlidirlər. Bunun ən doğru yolu vergi orqanı ilə qarşılıqlı inam və etimada əsaslanan şəffaf əməkdaşlıq mühitinin təmin edilməsidir”.
Femida.az
Oxunub: 381
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT