"ASAN" xidmətdə 9 ayın nəticələri MÜZAKİRƏ OLUNDU


12:44     12 Noyabr 2019 2019/11/75398-4720640028_1573548311.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2019-cu ilin ilk 9 ayının nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, iclasda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, struktur bölmələrin rəhbərləri, “ASAN xidmət” mərkəzlərinin direktorları iştirak ediblər.

Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilən təqdimat zamanı vətəndaş müraciətlərinin “ASAN xidmət” mərkəzləri, o cümlədən müvafiq xidmətlər üzrə bölgüsünə, mərkəzlərin fəaliyyəti ilə bağlı təklif və şikayətlərə dair statistik nəticələr dinlənilib, ictimai rəyin ətraflı təhlili barədə məlumatlar təqdim olunub.

Həmçinin vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində perspektiv plan və layihələr barədə məlumat verilib. Sonda müvafiq istiqamətlər üzrə işin təkmilləşdirilməsi ilə bağlı qərarlar verilib.

Femida.az

Açar sözlər: #Agentlik  

Oxunub: 134