DTX: 30-dan çox əcnəbinin silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşını alınıb
12:52 12 Noyabr 2019
Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir.
Femida.az-ın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclasındakı çıxışında qeyd edib.
Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib.
Ə.Nağıyev həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib. İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib