4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıb


12:59     12 Noyabr 2019 2019/11/hebs_yeni-(2)_1573549269.jpg

Hacıqabul rayonunda 4 ton qarğıdalı oğurlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Hacıqabul  

Oxunub: 328