Mikayıl Cabbarovdan ÜDM ilə bağlı sevindirici PROQNOZ
13:34 12 Noyabr 2019
Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır.
Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir.
“Görülən işlən nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.
M.Cabbarov qeyd edib ki, Ümumi Daxili Məhsulun gələn il 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır: “Gələn il üçün inflyasiyanın 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır. Növbəti ildə neft-qaz sektorunda 1,6%, sonrakı 3 ildə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesanbla 4,3% artım gözlənilir. Cari ilin 9 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 9,5% artaraq 2,4 milyon nəfəri ötüb. Növbəti illərdə yeni turizm zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, hava əlaqələrinin yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Gələn il turizm sektorunda 6%, növbəti 3 ildə isə orta hesabla 5,6% artması gözlənilir. Həmçinin, qarşıdakı illərdə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- Mikayıl Cabbarov: "Qeyri-neft ÜDM-də artım 7 illik rekordu yeniləyib"
- Dünya Bankı: Azərbaycanın ÜDM-i bu il 2,8% artacaq
- "Məqsədimiz bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir" - Lyudmila Xəlilova ilə müsahibə
- Azərbaycanda ÜDM-nin həcmi 72 milyard manatı ötüb
- Lyudmila Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilib
- “Bələdiyyələrə qadınları seçən seçicilər uduzmayacaq” – Eksperdən seçkilərlə bağlı çağırış
- Nəfəs kəsən görüntülər: İlan pişik balasını udmaq istədi, görün nələr oldu
- Azərbaycanlı qumarbaz dünya şöhrətli qrossmeysteri necə udmuşdu – KRİMİNAL TARİXÇƏ
- Azərbaycanda ÜDM istehsalı azalıb