Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır


13:45     12 Noyabr 2019 2019/11/0806491e-4f5f-45d8-8ae9-e8df46e08e1a_1573551994.jpg


Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

Bu barədə Perunun Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", - diplomatik nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb. / Report

Femida.az

Açar sözlər: #Peru  

Oxunub: 443