Abşeronda villa qarət edildi - 53 minlik oğurluq


14:23     12 Noyabr 2019 19_11_12_1573554251.jpg

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib.


Femida.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 427