Göygöldə evdən 5 minlik qızıl oğurlanıb
14:45 12 Noyabr 2019
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.
R. Ələkəbərov və Ü. Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə anoloji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb