Sumqayıt sakini bıçaqlanıb


15:11     12 Noyabr 2019 metro%20bicaq4.jpg

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, şəhər ərazisində iki nəfər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, mübahisə zamanı şəhər sakini, 1962-ci təvvəllüdlü Həsənov Nazim Yelmar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 324