Ceyhun Bayramov Fransaya gedib
15:14 12 Noyabr 2019
Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də keçiriləcək təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərinə rəsmi səfərə gedib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində C.Bayramovun YUNESKO baş direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransanın Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizim, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.
Femida.az
Oxunub: 385
Oxşar xəbərlər
- Ceyhun Bayramov Ankaraya yola düşüb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Ceyhun Bayramov İrana gedib
- Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib
- Ceyhun Bayramov: "Ermənistan cəzasız qalmamalıdır"
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb
- Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
- Ceyhun Bayramov Türkiyəyə gedib