Cimmi Karterin vəziyyəti ağırdır


15:30     12 Noyabr 2019 2019/11/karter_1573558285.jpg

ABŞ-ın sabiq prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.

Femida.az xəbər verir ki, bu barədə eks-prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, 95 yaşlı Karter kəllədaxili təzyiqdən əziyyət çəkir. Son bir il ərzində o, bud, çanaq sümüyü sınığı ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-ın prezidenti olub.

Femida.az

Açar sözlər:

Oxunub: 291


Oxşar xəbərlər