Ramin Quluzadə ABŞ nümayəndə heyətini qəbul etdi


15:39     12 Noyabr 2019 2019/11/1573558644_1573559219.jpg

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda keçiriləcək Dünya Dini Liderlərinin II Sammitində iştirak etmək üçün ölkədə səfərdə olan və ABŞ-ın beş qərb ştatının seçkili orqanlarını təmsil edən nüfuzlu üzvlərdən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, baş tutan görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə nazirlik arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti görüş çərçivəsində nəqliyyat və İKT sahəsində, eyni zamanda ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq haqqında da danışıblar.

Qonaqlara ölkədə bu sahədə həyata keçirilən layihələr və görülən işlər barədə geniş məlumat verilib, senatorları maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 130