Bakıda 120 minlik dələduzluq


16:44     12 Noyabr 2019 19_11_12_1573562721.jpg

Bakıda qızıl satıcısına qarşı külli miqdarda dələduzluq edilib.

Bununla bağlı Femida.az -a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, 2017-2018-ci illərdə Aynurə adlı şəxs Bakı şəhərində qızıl satışı ilə məşğul olan şəxsi aldadaraq, ondan 120 min 605 manat dəyərində qızı-zinət əşyaları alıb.

Baş verən dələduzluqla bağlı qızıl satıcısı dünən polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 305