Gimnast məşq zamanı dünyasını dəyişib


18:14     12 Noyabr 2019 2019/11/8abf9d9f-efd4-41d2-ace9-57517d459560_1573563877.jpg

ABŞ gimnastı Melani Koulman məşq vaxtı dünyasını dəyişib.

Femida.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı qadın idmançı paralel qollarda hərəkət zamanı yıxılıb.

Gimnast xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Kolemanın həm də məşqçisi olan atası hadisə ilə bağlı açıqlama verib: "O kürəyindən zədələnmişdi. Bu, faciəvi sonluğu olan bir qəza oldu".

Açar sözlər:

Oxunub: 335