Azərbaycanlı iki polis Tbilisidə medal qazandı
17:05 12 Noyabr 2019

Gürcüstanın paytaxtı Tbilisidə WSJO-nun (Dünya İdman Ciu-citsu Təşkilatı) idman ciu-citsusu üzrə böyüklər arasında dünya çempionatı, eləcə də, uşaqlar, yeniyetmələr, gənclər və veteranlar arasında Dünya Kuboku keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu çempionatda Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu departamentinin idmançıları 21 nəfərlə təmsil olunub. Yarışda 20-yə yaxın ölkənin 200 idmançısı çempionluq uğrunda mübarizə aparıb.
Turnir idman ciu-citsu döyüşü, kimano ilə qrapplinq, özünümüdafiə idmanları (yeniyetmələr, gənclər və böyüklər) və realistik özünümüdafiə (ancaq böyüklər) üzrə keçirilib. Bu təşkilatın keçirdiyi IV çempionatda Azərbaycan komandası ilk dəfə iştirak edib. Komandamız səkkiz qızıl, səkkiz gümüş və dörd bürünc medal qazanıb.
Kontakt ciu-citsuda Ayaz Abbasov (-85 kq) və Fərid Əhmədov (-77 kq) bürünc medal qazanıb. Əhmədov nevazada gümüş medala yiyələnib.
Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarıdır. Ayaz Abbasov polis leytenantı, Fərid Əhmədov serjantdır.
Femida.az
Oxunub: 171
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor vəfat etdi
- Azərbaycanlı hakim Çexiya parlamentində çıxış edib
- Azərbaycanlı və erməni jurnalistlərin səfəri niyə məxfi olub? - AÇIQLANDI
- Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı
- Azərbaycanlı beynəlxalq axtarışa verilib
- Azərbaycanlı tərcüməçi Beyli tanımadığı üçün mətbuat konfransından çıxarıldı
- Azərbaycanlı məktəbli erməni idmançıya qalib gəldi - Qızıl medal qazandı
- Azərbaycanlı mühacir Fransada saxlanılıb - FOTO
- Azərbaycanlı hakim-inspektor Danimarkaya gedəcək
- Azərbaycanlı şair VƏFAT ETDİ