Bakıda ilk dəfə əcnəbi xətib məsciddə xütbə oxuyacaq
17:22 12 Noyabr 2019
Misirin baş müftisi Şövqi Əllam noyabr ayının 14-15-də Bakıda keçiriləcək 2-ci Dünya Dini Liderləri Sammitində iştirak edəcək.
Misirin Azərbaycandaki səfiri Adil İbrahim Femida.az-a bildirib ki, səfər çərçivəsində baş müftinin 15 noyabrda cümə xütbəsi söyləməsi planlaşdırılır.
“İlk dəfə olaraq əcnəbi xətib Azərbaycan paytaxtı Bakının ən böyük və ən qədim məscidlərindən biri hesab olunan “Əjdər Bəy” (Göy Məscid adı ilə tanınan) məsciddə xütbə söyləmək üçün minbərə çıxacaq. Bu, iki ölkə arasında yaxşı münasibətlərin olmasını və Azərbaycanın dini qurumlarının Misiri və onun İslam dünyasında olan mövqeyini qiymətləndirilməsini təsdiqləyir”, - deyə səfir bildirib.
Diplomat Azərbaycan xalqının məzhəbindən asılı olmayaraq qəlbində Əzhərin istisna mövqeyi olmasını nəzərə alaraq, Azərbaycan rəsmilərinin Əzhərin Şeyxinin Bakıya səfər etməsini səbirsizliklə gözlədiklərini bildirib.
Xüsusən də, sovet dövründən bəri iki ölkənin dini rəhbərləri arasındaki sıx münasibətlərdən əlavə, yüzlərlə azərbaycanlı 1991-ci ildə müstəqillik qazandıqdan sonra dini təhsillərini Əzhərdə alıb.
“Biz iki ölkə arasında münasibətlərin sürətli inkişafının şahidi olmuşuq. Bu, son dövrlər Xarici İşlər və turizm nazirlərinin, habelə, Nümayəndələr Palatasının birinci müavini cənab Şərifin Azərbaycana olan səfərlərində öz əksini tapıb”, - A.İbrahim əlavə edib.
Xatırladaq ki, “Əjdər Bəy” məscidinin axundu müfti Şeys Salman Musayevdir.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb