Azərbaycan Diaspor Könüllülərindən möhtəşəm aksiya
17:43 12 Noyabr 2019
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif aksiyalar təşkil edib.
Komitədən Femida.az-a verilən məlumata görə, həm ölkəmizdə, həm də xaricdə yaşayan azərbaycanlı gənclər üçrəngli bayarğımıza bürünərək xalqımızı təbrik edib, bayrağımızın Şuşada və işğal edilmiş digər ərazilərimizdə dalğalanmasını arzulayıblar.
Eyni zamanda, Azərbaycan Diaspor Könüllüləri sosial şəbəkələrdə bayraq günü ilə bağlı xüsusi paylaşımlar ediblər. Belə ki, Könüllülər xarici ölkələrdə və ölkəmizin müxtəlif yerlərində bayrağımızla çəkilmiş fotolarını və təbriklərini #Azərbaycan #diaspora #vətənuzaqdadeyil #flag #9noyabr 1Addım1000AddımaYolAçır #AzFlag #Azerbaijan” həştəqləri ilə sosial şəbəkələrdə paylaşıblar.
Tədbirlərin içərisində daha çox diqqəti cəlb edəni isə Bakı şəhərinin mərkəzində Azərbaycan Diaspor Könüllülərinin uşaqlara və xarici qonaqlara Dövlət Bayrağını paylaması olub. Şəhər sakinlərinin və qonaqların ciddi marağına səbəb olan tədbirdə üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verilib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edilib.
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)