Sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
17:50 12 Noyabr 2019
Prezident İlham Əliyevin 2019-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a çatıb. Həmçinin indiyədək autizm və Daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi vardısa, əlavə 14 belə psixoloji yardım mərkəzi yaradılıb. Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayının 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayının 1-dən 3-ə çatdırılması təmin edilib.
Ahıllar üçün 5 günərzi qayğı mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlər üçün 10 dəstək mərkəzi, ahıllar üçün 5 günərzi qayğı mərkəzi yaradılıb.
Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən 8 mindən çox şəxsə xidmət göstərilir.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib