Deputatdan TƏKLİF - Regionlarda ipoteka faizi aşağı salınsın


19:12     12 Noyabr 2019 aydin_mirzezdae_2014.jpg

İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.


Femida.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: “Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”.

Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: “Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 176