Müsavatın 15 nəfərlik piket cəhdi - FOTOLAR


17:55     12 Noyabr 2019 2019/11/3-3147132608tut_6294267444.jpg

Bu gün Müsavat partiyası Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında qanunsuz piket keçirməyə cəhd edib.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, partiya rəhbərliyinin sosial şəbəkələrdə çağırışlar etməsinə baxmayaraq, icazəsiz piketə qatılanların sayı cəmi 15 nəfər olub. Əraziyə cəlb olunan polis əməkdaşları ictimai asayişi pozmağa çalışan qrupun qarşısını alıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də meriyanın binası qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.










Açar sözlər:

Oxunub: 611