Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 22 faiz artıb


19:44     12 Noyabr 2019 2019/11/91376311-5D6A-4AF2-8FBD-018D57A493F1_1573573569.jpeg

Bu gün Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 4-cü ticarət məclisi keçirilib.

Femida.az-ın məlumatına görə, BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel əl-Qubaysi bildirib ki, 2017-ci ildə Ticarət Məclisi yalnız 9 partnyorla təşkil edilmişdisə, hazırda 50 təşkilat və şirkət məclisdə təmsil olunur.

"Bu gözəl ölkəyə - Azərbaycana səfir qismində ilk dəfə gəldiyim zaman investorlarımız və iş adamları arasında ünsiyyətə nail olmaq mənim məqsədim idi. Təqdirəlayiq haldır ki, hər iki ölkədən olan şirkətlər müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı şəkildə təqdim edirlər. Həmçinin, məclis təşkil edildiyi vaxtdan etibarən hər iki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edib. Hazırda üç BƏƏ aviaşirkəti şəhərlər arasında birbaşa uçuşlar həyata keçirir.

Eyni zamanda turist axınının yüksək artımını müşahidə edirik. Yeni müəssisələr qarşılıqlı investisiya əsasında fəaliyyət göstərir. Cari ilin 9 ayında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,56 faiz artıb. Hər iki tərəfin səyləri sayəsində yüksək səviyyəli əməkdaşlığa çata bildik", - deyə səfir çıxışında vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 443