Bakıda avtomobillə vurulan piyada ölüb


21:21     12 Noyabr 2019 piyada8.jpg

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, avtoqəza Qala qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 301