Əkin sahəsindən 4 ton qarğıdalı oğurlandı


21:50     12 Noyabr 2019 19_11_12_1573581724.jpg

Hacıqabulda əkin sahəsindən 4 ton qarğıdalı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 399