Metroda yenə problem - Qatarların hərəkəti dayandı (YENİLƏNDİ)


09:36     13 Noyabr 2019 trend_metro_train_080615_003.jpg

Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

Bu barədə Femida.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişin sıxlığıdır: "Bəzi stansiyalarda bu gün səhər saatlarında sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın azaldılması istiqamətində işlər görülür".

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.

***

Bu gün Bakı metrosunda yenə problem yaşanıb.

Hazırda qatar "İnşaatçılar" metro stansiyasında 6 dəqiqədir ki, hərəkətsiz vəziyyətdə dayanıb.

Nəticədə həm platformada, həm də vaqonlarda sıxlıq yaranıb. Sıxlıqdan və havasızlıqdan halı pisləşənlər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 457