Azərbaycanlı hakim-inspektor Danimarkaya gedəcək


09:44     13 Noyabr 2019 2019/11/145dcb981911b71_1573623923.jpg

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev təyinat alıb.


Femida.az-ın məlumatına görə, beynəlxalq dərəcəli ədalət təmsilçisi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.

O, VIII qrupunda keçiriləcək oyunlarda hakim-inspektor kimi çalışacaq. Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığmaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 388