Azərbaycanda mobil rabitə sektorunun gəliri artıb


10:23     13 Noyabr 2019 2019/11/artim1_1573626271.png

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 737,1 mln. manat təşkil edib.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin 10 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1 776,4 mln. manatlıq xidmət göstərilib: "Xidmətlərin 72,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 16,1% artıb. Bu sahədə əldə olunan gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb".

Femida.az

Açar sözlər: #Komitə  

Oxunub: 363