Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
11:11 13 Noyabr 2019
Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb.
Femida.az ATV-yə istinadla xəbər verir ki, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.
Yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək.
Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.
Nərimanov rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı binanın yerində çoxmərtəbəli bina tikiləcək. Həmin sakinlərə də bu binadan mənzil veriləcək.
Femida.az
Oxunub: 408
Oxşar xəbərlər
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Marneulidə binanın eyvanı uçub, ölən və xəsarət alanlar var
- Bakıda çoxmərətəbəli yaşayış binası yanır
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Bakıda yaşayış binasında yanğın olub
- Bakıda yaşayış binasının tavanı uçub, 4 nəfər xilas edilib
- Azərbaycanda özünü binadan atan məktəbli KİŞİNİN BAŞINA DÜŞDÜ