Küçədə qadınların yolunu kəsən sərxoş kişi belə döyüldü - VİDEO


11:14     13 Noyabr 2019 19_11_13_1573629354.jpg

Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.


Femida.az xəbər verir ki, videogörüntülərdən məlum olur ki, yola zibil qutusu qoyulub. Şəxslər həmin yoldan insanların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olmağa çalışır.

Onlardan biri onlara etiraz edən qıza hücum edərək xəsarət yetirib.

Daha sonra sərxoş olduğu ehtimal olunan şəxslər ətrafdakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib:

“Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.



Femida.az

Açar sözlər: #qadın   #video  

Oxunub: 946