Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırıldı
11:46 13 Noyabr 2019
Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu noyabrın 15, 16 və 17-də müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.
Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır
- Brüsseldə sülh gündəliyi və növbəti diplomatik qələbə: Azərbaycanın 5 maddəlik təklifləri qəbul olundu
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- Diplomat Vəhdət Sultanzadə vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib
- Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb