MTRŞ ölkə Prezidentinə müraciət edib


12:42     13 Noyabr 2019 19_11_13_1573634579.jpg

Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının mohkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

Femida.az -ın xəbərinə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.

Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: “Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümümrespublika yayımçısı var idi, indi isə 12 ümümrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.

Açar sözlər:

Oxunub: 550