Sosial şəbəkələrdə ekstazi satan dəstənin üzvü tutulub
12:49 13 Noyabr 2019
Daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polislər tərəfindən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxunub: 347
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"