Mingəçevir və Şəmkir sakinlərindən odlu silah götürülüb


13:39     13 Noyabr 2019 2019/11/silah-sursat_yeni_1573638295.jpg

Mingəçevir və Şəmkir sakinlərindən odlu silah götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan “TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxtariyə kənd sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 560