Şəmkirdə qəbiristanlıqdan oğurluq edilib


13:52     13 Noyabr 2019 qebristanliq.JPG

Şəmkirdə qəbiristanlıqdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılmış güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılmış 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 500