2020-ci il dövlət büdcəsi qəbul edildi
14:05 13 Noyabr 2019
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az-ın məlumatına görə, müzakirələrdən sonra dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.
Qeyd edək ki, parlamentin üç gün davam edən iclasının gündəliyinə 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələlər daxildir. Ümumilikdə iclasda 11 məsələ müzakirəyə çıxarılıb.
Oxunub: 692
Oxşar xəbərlər
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib
- Azərbaycanın dövlət büdcəsinin qalığı 2 milyard manata çatıb
- Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə dəstək üçün yaradılmış fondlara yönəldiləcək
- Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşı artırılıb
- Prezident Dövlət Neft Fondunun gələnilki büdcəsini təsdiq edib
- Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
- Gələn ilin büdcəsi üçüncü oxunuşda parlamentə tövsiyə edilib
- Milli Məclis İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsini ikinci oxunuşda təsdiqləyib
- Milli Məclis İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsini ikinci oxunuşda təsdiqləyib
- Parlament gələn ilin büdcə zərfini müzakirə edir