Rusiyalı deputat erməni-faşist Qaregin Njdenin lövhəsinə boya töküb


14:18     13 Noyabr 2019 19_11_13_1573640380.jpg


Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib.

“Rusarminfo” xəbər verir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənini üzərinə boya töküb.

Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.

Qeyd edək ki, faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyan Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edib. / Report

Femida.az

Açar sözlər: #Rusiya   #erməni  

Oxunub: 578