Sahil Babayev büdcə haqda məlumat verdi
15:05 13 Noyabr 2019
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanununun layihələrinin birinci oxunuşları barədə məlumat verib.
Femida.az xəbər verir ki, nazir çıxışında qeyd edib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur və bu da ötən illə müqayisədə 17 faiz, yəni, 697,4 milyon manat artım deməkdir: “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.
Həmçinin, cari ildə xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin genişləndirilməsi məqsədilə onlar üçün 70 günərzi qayığı mərkəzi, 12 autizm və daun sindromlu uşaqlar üçün psixolji yardım mərkəzi, 2 eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün reabilitasiya və psixolji yardım mərkəzi, 2 görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi, 10 ahıllar üçün günərzi qayğı mərkəzi yaradılıb”.
Femida.az
Oxunub: 654
Oxşar xəbərlər
- Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
- Sahil Babayev: "Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur"
- Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama
- Sahil Babayev kollegiya iclası keçirib
- Sahil Babayev işəgötürənlərə xəbərdarlıq etdi
- Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
- Sahil Babayev monitorinq qrupu yaradır
- Sahil Babayev özünə müşavir təyin etdi
- Sahil Babayev litvalı səfirlə görüşüb
- Sahil Babayev İran Prezidentinin Aparat rəhbəri ilə görüşüb