Bakıda avtomobil, Masallıda köşk yandı


13:39     21 Noyabr 2015 1-17-620x3300.jpg

Bakıda və Masallıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Masallı rayonu, Babaser kəndində isə vətəndaşa məxsus taxta-şalban satışı mağazasının ərazisində ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb. Ərazidəki materiallar yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1037