Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb
15:10 13 Noyabr 2019
Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Tranzit" markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib.
Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patronlar, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə - marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub.
Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib.
Daha sonra kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verdiyi üçün onun üzərində də şəxsi yoxlama aparılıb. Nəticədə, sürücünün idman gödəkçəsinin cibindən daha 1 büküm marixuana bitkisi aşkara çıxarılıb. Ümumilikdə aşkarlanan narkotik vasitə - marixuananın çəkisinin 10 qr olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək